İlk gündə 3 medal -Böyük Dəbilqə
Heydər Əliyev adina İdman Sarayında keçirilən Bakı “Böyük dəbilqə” turnirinin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, təmsilçilərimizdən Rövşən Əliyev bürünc medal görüşünə çıxıb. 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb. Rəqibinə cərimə xalları hesabına qalib gələn Rövşən Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb.
Orxan Səfərov “Böyük dəbilqə”də qızıl medala sahib olub. 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.
Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev də turnirdə final görüşünə çıxıb. 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurublar.
Oxşar xəbərlər
Daha bir cüdoçumuz qızıl medal qazandı - Böyük Dəbilqə
İlk gündə 3 medal - “Böyük Dəbilqə”
Cüdoçularımızdan 1 qızıl, 2 bürünc medal - Böyük Dəbilqə
Cüdoçularımızdan 4 medal - İslamiada
Yığmamız ilk medalını qazandı - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası