reklam
Türkiyə medal sıralamasında Azərbaycanı ötdü
Sportfm.az xəbər saytı

Türkiyə medal sıralamasında Azərbaycanı ötdü


Türkiyə millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) medal sıralamasında Azərbaycan komandasını keçərək 3-cü pilləyə yüksəlib.

Sportfm.az xəbər verir ki, dəyişiklik Türkiyənin cüdo üzrə millisinin qarışıq komanda yarışının finalında Rusiya kollektivini məğlub etməsindən sonra reallaşıb. Bununla aktivinə 11-ci qızıl medalı yazdıran, 5 gümüş və 10 bürünc medala sahib olan “ay-ulduzlular” önə keçiblər.

Hazırda Rusiya komandası 28 qızıl, 17 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Böyük Britaniya yığması 11 qızıl, 12 gümüş və 1 bürünc medalı 2-ci yerdədir. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi 4-cüdür.

Qeyd edək ki, Azərbaycan idmançıları EYOF-da çıxışlarını başa vurublar.

Oxşar xəbərlər

Medal sıralamasında 4-cü pilləyə yüksəldik - İslamiada
Olimpiya Festivalında idman yarışlarına yekun vuruldu
Azərbaycan Olimpiya Festivalında çıxışını başa vurdu
XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulacaq
Medal siyahısına Azərbaycan millisi başçılıq edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər