İldə 3 dəfə quma toxunanlardan nə gözləyək? -Yığmamızın son məğlubiyyətlərinin günahkarı kimdir?
Bu ölkənin dənizi də var, qumu da. İsti hava şəraiti bu idman növü üçün isə çox əlverişlidir. Bəli, söhbət çimərlik futbolundan gedir.

Son oyunda ikirəqəmli hesabla məğlub olan milli komandamızın durumu çox ürək ağrıdıcıdır. Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə mərhələsində iştirak edən Azərbaycan millisi 19 komanda arasında 8-ci yeri tutub.
Ümumi götürdükdə bizim futbolçularımız texnikası ilə taxta avropalılardan daim seçilib. Bu isə çimərlik futbolu üçün əsas amillərdən biridir. Yığmamızın heyətində yer alan oyunçular da ayrı-ayrılıqda rəqiblərindən qətiyyən geri qalmır. Bəs necə olur ki, sadalanan amillərin var olmasına baxmayaraq, futbolçularımız hər görüşdə meydanı başıaşağı tərk edir.
Təbii ki, bütün problemlərin kökündə Azərbaycanda çimərlik futbolu üzrə ölkə çempionatının olmaması durur. Bəli, bu ölkənin uzun illərdir çimərlik futbolu üzrə ölkə çempionatı yoxdur. AFFA-da əyləşənlər bu sahəni kor və kar qoyublar. Artıq neçə illərdir ki, onlar baş qataraq çimərlik futbolu üzrə ölkə çempionatının əvəzinə ildə bir dəfə 3 günlük turnir keçirib, hansısa komandaya kubok verirlər. Hətta hərdən görüntü xatirinə uşaqlar arasında yarış da keçirilir. Təbii ki, bütün bunlar gözdən pərdə asmaq, bu sahəyə ayrılan pulları "səmərəli istifadə etmək" üçün edilir. Faktiki olaraq isə çimərlik futbolu üçün tikilən stadionlar və qurğular illərdir pas bağlayıb.
Bu idman növü üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən futbolçuların ayağı il ərzində 3 gün quma toxunur! Qalan vaxt onlar ya ot üzərində, ya sintetikada, ya da, parket üzərində məharətlərini sərgiləyirlər. Bizim onlardan nəsə gözləməyə haqqımız varmı? Toplanış keçmədən, hazırlıq oyunlarında qüvvəsini sınamadan, çempionat oyunlarında oynamadan milli komandanı təşkil edib, yüksək səviyyəli turnirlərdə nəyəsə ümid etmək olarmı? Əlbəttə ki, yox. Ancaq bütün bunlar baş verir. İndi deyin görək bu məğlubiyyətlər kimlərin ayağına yazılmalıdı, məşqçilərin və futbolçuların, yoxsa AFFA-nın?
Araz Əhmədov
Oxşar xəbərlər
Millimiz Norveçə qalib gəldi - Dünya Çimərlik oyunları
Litvanı məğlub etdik
Millimiz Küveyti üçüncü dəfə məğlub etdi - Toplanış
FİFA referimizə yeni təyinat - Dünya çempionatı
İnqilab Məmmədov Avropa Oyunlarında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası