Şağird futbol oynayarkən öldü -Bakıda
Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakının Xəzər rayonunda yerləşən 123 saylı tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Bu ilin martında həmin məktəbin XI “b” sinif şagirdi İlkin Mehman oğlu Lətifov dünyasını dəyişmişdi.
Məktəbin hadisə ilə bağlı açıqlamasında qeyd olunurdu ki, fevralın 21-də, təxminən saat 12:00 radələrində tədris müəssisəsinin stadionunda futbol oynayan İlkin Lətifov yıxılıb.
Bir qədər sonra özünü pis hiss etdiyindən sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.
Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxanada İlkinin daxili orqanlarında qanaxma olması müəyyənləşdirilib və əməliyyat olunub. Lakin göstərilən yardımlara baxmayaraq martın 15-də dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılarkən yıxılmadığı, sinif yoldaşları tərəfindən xəsarət aldığı məlum olub.
Nəticədə, məktəbin iki şagirdi şübhəli qismində nəzarətə götürülüb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam edir.
Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə direktor işdən çıxarılıb.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Oxşar xəbərlər
Masallı komandası kubok qazandı - FOTO
Tülü kəndinin komandası birinci oldu
Beyləqanın yararsız məktəbi və futbol dərsi - FOTOLAR
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
258 nömrəli tam orta məktəb birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası