ŞOK - Dadaşov dünyasını dəyişdi
Rusiyalı boksçu Maksim Dadaşov vəfat edib.
Sportfm.az TASS-a istinadən xəbər verir ki, buna 28 yaşlı idmançının ABŞ-da Sabriel Matias ilə dueldə aldığı zərbələr səbəb olub.
Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. Rusiyalı idmançı görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb. 11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Dadaşova beyin ödemi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb. Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib.
Oxşar xəbərlər
Aldığı zərbədən dünyasını dəyişdi - 19 yaşında
Ölən boksçu qızıl medala layiq görüldü
Boksçu müsəlman adətləri ilə dəfn edildi - FOTO
Boksçu rinqdə dünyasını dəyişdi - VİDEO
Boksçu qalib gəldiyi matçdan sonra dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası