reklam
Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu
Sportfm.az xəbər saytı

Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu


Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası Budapeşt Qran-Prisindən sonra reytinq cədvəlini açıqlayıb. Qran-Pri yarışında bürünc medal qazanan Telman Vəliyev (73 kq) 31 pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb. Bu çəki dərəcəsində digər cüdoçumuz Hidayət Heydərov altıncı mövqedədir. Ağır çəkili cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yerlərdədirlər. Uşangi Kokauri (+100 kq) isə bir pillə geriləyərək 15-ci pillədə qərar tutub.

Komandamızın digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 26-cı, Kəramət Hüseynov 37-ci, Orxan Səfərov (hər ikisi 60 kq) 38-ci sırada qərarlaşıblar.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə dünya reytinq cədvəlində beşincidir.

Oxşar xəbərlər

Cüdoçularımız ilk “üçlük”də - Dünya reytinqi
Cüdoçumuz reytinqdə yüksəldi
Rüstəm Orucov liderliyini qorudu
Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər