Cüdoçularımız ilk “üçlük”də -Dünya reytinqi
Beynəlxalq Cüdo Federasiyası (IJF) Azərbaycan millisinin bir gümüş medal qazandığı Portuqaliya Qran Prisindən sonra yeni ilin ilk reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Almadada ölkəmizə yeganə medalı qazandıran və bununla aktivinə 490 xal yazdıran Elcan Hacıyev (81 kq) reytinq cədvəlində 4 pillə irəliləyərək hazırda 18-ci sırada qərarlaşıb. Səid Mollayi isə eyni çəkidə əvvəlki kimi üçüncü yerdədir.
Turniri buraxan Balabəy Ağayev (60 kq) iki sıra geriləyərək altıncı, eyni çəkidəki Kəramət Hüseynov isə onuncudur.
66 kq çəki dərəcəsində Yaşar Nəcəfov bir pillə irəliləyərək 17-ci yerdədir. Orxan Səfərov isə ilk “onluq”dan düşərək 11-ci pillədə qərarlaşıb.
73 kq çəki dərəcəsində Hidayət Heydərov hələ də ikinci, Rüstəm Orucov isə 18-cidir.
Məmmədəli Mehdiyev (90 kq) daha bir pillə itirib. O, indi altıncıdır.
Zelim Kotsoev ilk “üçlüy”ə düşüb. Eyni çəkidəki Elmar Qasımov bir pillə irəliləyib (18-ci yer).
Uşanqi Kokaurinin mövqeyində (+100 kq) dəyişiklik yoxdur. Ağır çəkili idmançı 11-ci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
"Şah" yerində durmur - Reytinq cədvəli
Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Rüstəm Orucov liderliyini qorudu
Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu
Orucov və Heydərovun mövqeləri dəyişməz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası