Cüdoçumuz reytinqdə yüksəldi
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq) dünya reytinq cədvəlində irəliləyib.
Sportfm.az xəbər verir ki, dünya çempionatının kubalı mükafatçısı İvan Moralesi üstələyən təmsilçimiz üçüncü pilləyə yüksəlib.
Komandamızın 73 kiloqram çəki dərəcəsindəki təmsilçiləri Rüstəm Orucov reytinq cədvəlində liderliyini qoruyub, Hidayət Heydərov isə altıncı mövqedədir. Ağır çəkili cüdoçularımız Elmar Qasımov (100 kq) onuncu, Uşangi Kokauri (100 kq-dan yuxarı) isə 15-ci pillədə qərarlaşıblar.
Millimizin digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 27-ci, Kəramət Hüseynov 37-ci, Orxan Səfərov (hər ikisi 60 kq) isə 38-ci pillədə yer alıblar.
Qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) isə dünya reytinq cədvəlində beşincidir.
Oxşar xəbərlər
Bu il mənim üçün çox çətin, həmçinin uğurlu oldu - Rüstəm Orucov
Rüstəm Orucov liderliyini qorudu
Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu
10 cüdoçumuz reytinq cədvəlinin ön sıralarında
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası