"Formula 1"də ləğv olunan qayda bərpa olunacaq
"Formula 1" komandalarının Qran-pri yürüşləri zamanı yolda yanacaq doldurmalarına yenidən icazə verilə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt açıqlama verib.
Fransalı funksioner hazırda bu məsələnin müzakirə olunduğunu təsdiqləyib: "Şəxsən mən yolda yanacaq doldurmanın yenidən olmasını istərdim. Amma bunun üçün əvvəlcə belə qərarın müsbət və mənfi nəticələrinə dair araşdırmaların yekunlarını görmək lazımdır. Biz hazırda bu məsələni müzakirə edirik. Çünki indi maşınlar çox ağırlaşıblar. Mən araşdırmanın aparılmasında israrlıyam. Yolda yanacaq doldurmanı bərpa etsək, yarışın startında maşınlar yüngül və az olacaqlar".
Qeyd edək ki, 2021-ci il mövsümünün reqlamenti oktyabrın sonlarında təqdim olunacaq.
Oxşar xəbərlər
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Qran-Pri zamanı “F1 Revival” sərgisi keçiriləcək
Formula 1 yarışlarının 2021-ci il reqlamentinin layihəsi açıqlanacaq
Beynəlxalq Avtomobil Federasiyasınınm yeni prezidenti kim oldu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası