Formula 1 yarışlarının 2021-ci il reqlamentinin layihəsi açıqlanacaq
Martın 26-da Beynəlxalq Avtomobil Federasiyası (FIA) və FOM Formula 1 yarışlarının 2021-ci il reqlamentinin layihəsini açıqlayacaq.
Sportfm.az xəbər verir ki, bu bəyanat FIA prezidenti Jan Todt və Formula 1-in icraçı direktoru Çeyz Kerinin keçirdikləri mətbuat konfransında səslənib. Bildirilib ki, layihənin təqdimatı Formula 1 üzrə Strateji Qrupun və Komissiyanın iclası çərçivəsində keçiriləcək.
Jan Todtun “RaceFans” saytında yer almış müsahibəsində deyilir: Həmin vaxtadək biz qaydaların tam siyahısını təqdim etməliyik. Formula 1-in məsuliyyət daşıdığı kommersiya və maliyyə baxımından xərclərə nəzarət sistemi tətbiq ediləcək. Bu, yeni təşəbbüsdür və müzakirələr zamanı xeyli təkmilləşdirilib.
Biz motorlar üçün yeni reqlament hazırlamışıq və bir neçə gün əvvəl komandalara göndərmişik. Həmçinin yeni şassi reqlamenti və çempionatın idarə edilməsi üzrə təkliflər də hazırdır. Bütün bunlar üzərində iş aparırıq və siyahının tamamını martın 26-da komandalarla birlikdə müzakirə edəcəyik”.
Oxşar xəbərlər
Sprint yarışlarının sayı artırıldı - Formula 1
Formula 1-in Azərbaycana gətirdiyi gəlir açıqlandı
“Aston Martin” Formula 1 üçün mühərriklər istehsal etməyəcək
Formula 1 Almaniya Qran-Prisi təqvimə qayıdacaq
Formula-1 yarışlarının yeni rəsmi loqotipi təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası