Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Almaniya millisindən antirekord -DÇ-2022
Almaniya millisi tarixində antirekorda imza atıb.
Sportfm.az xəbər verir ki, bu, ötən gün DÇ-2022-nin 2-ci turunda İspaniya ilə matçda reallaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
İlk turda Yaponiyaya 1:2 hesabı ilə uduzan Almaniya millisi tarixində ilk dəfə mundialların ilk 2 oyununda qalib gələ bilməyib.
Üstəlik, almanlar 2022-ci ildə keçirdiyi 8 rəsmi matçın heç birində qapısını qolsuz saxlamağı bacarmayıb.
Qeyd edək ki, Almaniya millisi hazırda E qrupunda 1 xalla sonuncudur. Komanda qrup mərhələsində 3-cü tur görüşünü dekabrın 1-i Kosta Rikaya qarşı keçirəcək.
Oxşar xəbərlər
Topa 18 faiz sahib olmaqla qələbə qazandı DÇ-2022
İspaniya Mərakeşlə, Yaponiya Xorvatiya ilə qarşılaşacaq - DÇ-2022
19 ildən sonra bu baş verdi - Seriya qırıldı
İspaniya millisindən yeni rekord - AVRO-2020
Almaniya yığmamızla oyunda rekord yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası