reklam
İdmançılar
Sportfm.az xəbər saytı

İdmançılar "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edildi -FOTO


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, idmançılar, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir qrup idmançı medalla təltif olunub. 

Onlardan "Brilyant oğlan"ı, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev, tanınmış idmançımız Eduard Məmmədov var. 

Bundan başqa, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov bu mükafata yiyələniblər. 

Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo), Fariz Nəcəfov (karate), Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük), Gündüz İsmayılov (parapauerliftinq) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib. 

Qeyd edək ki, təltif olunan idmançılar arasında 14 tanınmış şəxslər var. 

Oxşar xəbərlər

İcraiyyə Komitəsinin iclası keçirildi
PFL-də yeni təyinat oldu
Döyüşdə yaralanan idman jurnalistimiz medalla təltif olundu
Fariz Nəcəfov idmançıları təltif etdi - FOTO
Rövnəq Abdullayev mükafatlandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər