PFL-də yeni təyinat oldu
Peşəkar Futbol Liqasında (PFL) yeni təyinat olub.
Sportfm.az xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib.
Tanınmış jurnalist Sənan Abdullayev qurumun yeni media və marketinq direktoru təyin olunub.
2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S.Abdullayev 2007-ci ildən "Xəzər TV"də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin "Ən yaxşı idman jurnalisti" adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.
Oxşar xəbərlər
PFL-in iki əməkdaşı xəstəxanadan buraxıldı
İdman jurnalisti Olimpiya Kompleksinə direktor təyin olundu
PFL rəsmiləri Sumqayıtda - FOTO
PFL-də yeni kadr təyinatı
Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti oldu - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə Ramiz Məmmədovu istəmirlər - "İstefa" şüarları
-
"Karvan-Yevlax"ın legionerləri milliyə çağırıldı
-
Xüsusi Olimpiya Komitəsi ilə Cüdo Federasiyası memorandum imzaladı
-
Belçikadan millimizə 11 qol - Avropa çempionatı
-
Aşağı Divizion klubları da UEFA-da "pay" alacaq - gəlir bölgüsü dəyişir
-
“Neftçi”, “Araz-Naxçıvan” və “Şuşa”dan qələbə - Yüksək Liqa














Misli Premyer Liqası