Fariz Nəcəfov idmançıları təltif etdi -FOTO
"Qəbələ"nin prezidenti Fariz Nəcəfov klubun digər idman növləri üzrə idmançı və məşqçiləri ilə görüşüb.
Sportfm.az xəbər verir ki, 2019-cu ilin yekunları ilə bağlı keçirilən görüşdə yola saldığımız ildə uğur qazanmış klub üzvləri iştirak edib.
İdmançılardan Gülşən Bəşirova (cüdo), İmran Yusifov (cüdo), Kokauri Uşangi (cüdo), Bəxtiyar Abbasov (MMA), Nəriman Abbasov (MMA), Rafael Ağayev (karate), Dominqos Alfonso (boks), Kamran Şahsuvarlı (boks), Cavad Ağayev (taekvondo), Alim Nəbiyev (kikboksinq), Pərviz Abdullayev (kikboksinq), məşqçilərdən isə Şəhriyar Abbasov (MMA), Ramil İsmayılov (cüdo), Səbuhi Zülfüqarov (taekvondo) və Fariz Məmmədov (boks) fəxri fərmanlarla təltif ediliblər. Klubun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevə idman növlərinin inkişafına görə fəxri fərman təqdim olunub.
Oxşar xəbərlər
Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü
Azərbaycan boksçusu ilə bağlı sənədli film - Təqdimat
"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi - FOTO
Fariz Nəcəfov mükafata layiq görüldü - İlin döyüşkən idman xadimi
Rövnəq Abdullayev mükafatlandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası