reklam
Qadın şahmatçılarımız Almaniya millisi üzərində qələbə qazandı -
Sportfm.az xəbər saytı

Qadın şahmatçılarımız Almaniya millisi üzərində qələbə qazandı -FOTO


Azərbaycanın qadın şahmatçılardan ibarət yığma komandası ilə Almaniya millisi arasında bu ölkənin Apolda şəhərində keçirilən yoldaşlıq matçı başa çatıb.

Sportfm.az xəbər verir ki, komandamızın qarşıdakı yarışlara hazırlığı çərçivəsində keçirilən görüşdə ölkəmizi Zeynəb və Türkan Məmmədyarova bacıları, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova təmsil ediblər. Almaniya komandasının heyətində isə Sarah Hoolt, Annmarie Muets, Filiz Osmanodca, Fiona Sieber mübarizə aparıblar.

Komandamızın yoldaşlıq matçında beş görüş keçiriblər. İlk turda şahmatçılarımız heç-heçə etsələr də, sonrakı turların hamısında üstünlük nümayiş etdiriblər. Belə ki, yığmamız rəqib komandasını ikinci və üçüncü turlarda 3,5:1,5, dördüncü və beşinci turlarda 4:1 hesabı ilə məğlub edib. Ümumi nəticədə yığmamız 17,5:7,5 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, analoji qarşılaşma 2017-ci ilin avqustunda Bakıda keçirilib. Həmin görüş yığmamızın 15,5-9,5 hesablı qələbəsi ilə nəticələnmişdi.

Oxşar xəbərlər

Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Azərbaycan yığması heç-heçə ilə başladı - Dünya çempionatı
Şahmatçılarımız Batumidə Gürcüstanı məğlub etdi
Şahmatçılarımız 43-cü Şahmat Olimpiadasına qələbə ilə başladı
Azərbaycan Almaniyaya yenə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər