reklam
Azərbaycan Almaniyaya yenə qalib gəldi
Sportfm.az xəbər saytı

Azərbaycan Almaniyaya yenə qalib gəldi


Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə üçüncü dəfə üz-üzə gəlib.

Matç komandamızın qələbəsi ilə yekunlaşıb. Yığmamız rəqibini 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan - Almaniya - 3:2
Ülviyyə Fətəliyeva (2323) - Yelizabet Paeş (2469) - 1:0
Zeynəb Məmmədyarova (2277) - Sara Hult (2449) - 0:1
Xanım Balacayeva (2282) - Yelena Levuşkina (2311) - 1:0
Nərmin Xələfova (2239) - Heynemann (2284) - 0:1
Gülnar Məmmədova (2357) - Fiona Sieber (2277) - 1:0

Beləliklə, ümumi hesabda Azərbaycan önə keçib - 2:1. İlk qarşılaşmada 4:1 hesabı ilə qalib gələn komandamız ikinci matçında 2,5:3,5 hesabı ilə məğlub olub. Komandalar daha 2 görüş keçirəcəklər.

Oxşar xəbərlər

Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Qadın şahmatçılarımız Almaniya millisi üzərində qələbə qazandı - FOTO
Şahmatçılarımız 43-cü Şahmat Olimpiadasına qələbə ilə başladı
Yığmamız ikinci matçda da uduzdu
Bakı Şahmat Olimpiadası - V turun hesabatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər