Şahmatçılarımız 43-cü Şahmat Olimpiadasına qələbə ilə başladı
Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar.
Sportfm.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət milli komandası ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivi ilə üz-üzə gəlib.
Yığmamızın üzvü Teymur Rəcəbov İqor Yarmanov ilə heç-heçə edib. Eltac Səfərli Andrey Tersinsevə, Rauf Məmmədov Dmitri Skerbinə və Arkadi Naydiç isə Andrey Qurbanova qalib gəlib. Beləliklə, oyun şahmatçılarımızın 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Olimpiadanın birinci turunda İordaniya yığmasına 4:0 hesabı ilə qalib gəlib. Şahmatçılarımızdan Zeynəb Məmmədyarova Odeh Aseeli, Xanım Balacayeva Alnaymat Rayanı, Gülnar Məmmədova Alşaebi Razanı, Ülviyyə Fətəliyeva isə Qayda Alattarı məğlub edib.
Oxşar xəbərlər
Şahmatçılarımız Çexiya və Rumıniya ilə qarşılaşacaq
Şahmatçılarımız Batumidə Gürcüstanı məğlub etdi
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada
Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başladıq
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası