Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin sabiq futbolçusu Latviya klubundan ayrıldı
Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əskərov Latviyanın "Dauqavpils" klubundan ayrılıb.
Sportfm.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə şəxsi "Facebook" səhifəsində yazıb. O, klubda keçirdiyi 1,5 il üçün məşqçilərə və oyunçulara təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, Əskərovda 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Əsasən legioner həyatı yaşayan forvard "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan" komandalarında da çıxış edib. "Dauqavpils" Latviyanın əsas liqasında yer alıb. Komanda 18 turdan sonra 21 xalla 9 kollektiv arasında 7-ci yerdədir.
Oxşar xəbərlər
Millimizin sabiq oyunçusu klubunu dəyişdi - Özünü başqa idman növündə sınayacaq
Azərbaycanlı futbolçu Starkovun yanına getdi
Millinin futbolçusu Latviya klubu ilə müqavilə bağladı - FOTO
Əsgərovun dublu qələbəyə töhfə verdi
Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası