reklam
Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu


Latviya I Liqasında 16-cı turun oyunları keçirilib. 

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Prielu” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 15:0. Vüqar start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. 

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. O, matçın 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb. 

“Dauqavpils” 16 turdan sonra 40 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Əsgərovun komandası qalib gəldi
Vüqar dubl etdi, komandası 6 qolla qalib gəldi
Əsgərovun dublu qələbəyə töhfə verdi
Əsgərov fərqlənə bilmədi, komandası məğlub oldu
Əsgərovun komandası xal itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər