reklam
Millinin futbolçusu Latviya klubu ilə müqavilə bağladı -
Sportfm.az xəbər saytı

Millinin futbolçusu Latviya klubu ilə müqavilə bağladı -FOTO


"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub. 

Sportfm.az xəbər verir ki, Bu barədə 21 yaşlı yarımmüdafiəçinin meneceri Erkin İbrahimov məlumat verib. O, bildirib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də şərəfini qoruyan Bayramlı ilə 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər. 

İbrahimov "Dauqavpils”in yaxın günlərdə "Sumqayıt"ın digər üzvü Nazim Bağırovla da sözləşmə imzalayacağını açıqlayıb. 

Qeyd edək ki, "Dauqavpils” Latviyanın I Divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir. 

Oxşar xəbərlər

"Neftçi" futbolçusunu icarəyə verdi - Latviya klubuna
Azərbaycanlı futbolçu Latviya klubuna lazım olmadı
Legioner futbolçumuz vətənə qayıtdı
Millinin sabiq futbolçusu Latviya klubundan ayrıldı
Bayramlı oynadı, "Dauqavpils" məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər