reklam
“Qalatasaray” Türkiyə futbolunda daha bir rekorda imza atdı -
Sportfm.az xəbər saytı

“Qalatasaray” Türkiyə futbolunda daha bir rekorda imza atdı -VİDEO


DÇ-2018-in seçmə mərhələsinin oyunları zamanı yaranan fasilədən istifadə edən klublar hazırlıq matçları keçirir. Sportfm.az xəbər verir ki, Türkiyənin ən çox çempion olan komandası "Qalatasaray” bu aradan səmərəli yararlanıb. İstanbul nəhəngi Bolqarıstanın tanınmış klublarından olan "Levski” ilə qüvvəsini sınayıb. Görüşün 88-ci dəqiqəsində Türkiyə və dünya futbol tarixində ən nadir hadisələrdən biri yaşanıb. Belə ki, "sarı-qırmızılılar”ın heyətində Sinan Gümüşü 14 yaşlı vunderkind Mustafa Kapı əvəzləyib. Bu matçda 2-0 hesabı qalib gələn "Qalatasaray”ın və Türkiyə futbolunun tarixində bir rekorddur.
Qeyd edək ki, dünya futbol tarixində əsas komandanın heyətində debüt edən ən azyaşlı futbolçu boliviyalı Maurisio Baldvyesodur. O, 2009-cu ildə13 yaşı olarkən doğma klubu "Avrora”nın heyətində meydana çıxıb.  

Oxşar xəbərlər

"Qalatasaray" məşqçinin oğlu ilə müqavilə imzaladı
Okan Buruk "Qalatasaray"dan gedir - Sensasiya
Türkiyə klublarından tarixi rekord
Türkiyə klubu türk futbolçunu isveçrəlilərə satdı
"Qalatasaray"da ciddi itki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər