reklam
Türkiyə klublarından tarixi rekord
Sportfm.az xəbər saytı

Türkiyə klublarından tarixi rekord


Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atıblar.
Sportfm.az xəbər verir ki, “Qalatasaray” UEFA Çempionlar Liqasında, “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor” isə UEFA Konfrans Liqasında göstərdikləri nəticələrlə bunu bacarıblar.

Belə ki, adı çəkilən komandalar qrupa qədər baş tutan mərhələlərdə ümumilikdə 20 qələbə qazanıblar. Avrokubok tarixində heç bir ölkə təmsilçiləri təsnifat mərhələlərində bu nailiyyətə imza ata bilməmişdilər.

“Fənərbaxça” və “Beşiktaş” 6, “Qalatasaray” 5, “Adana Dəmirspor” isə 3 matçda qələbə qazanmağı bacarıblar. Bu komandalardan yalnız sonuncu avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının, “Fənərbaxça” və “Beşiktaş” isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.

Oxşar xəbərlər

“Fənərbaxça” və “Qalatasaray” evdə başlayacaq - Super Liqa
“Beşiktaş” qələbə qazandı, futbolçusunu qovdu
Türkiyə Kubokunda "Fənərbaxça" rahat qalib gəldi
“Fənərbaxça” və “Beşiktaş”ın rəqibləri məlum oldu - Konfrans Liqası
Türkiyəni avrokuboklarda təmsil edəcək dördüncü komanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər