Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə klubu türk futbolçunu isveçrəlilərə satdı
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yusuf Demiri icarəyə verib.
Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı vingeri "Bazel"ə göndərib. Türk əsilli avstriyalı 2023/2024 mövsümünü icarə əsasında İsveçrə təmsilçisinin heyətində keçirəcək.
Klublar arasında əldə olunan anlaşmada satınalma maddəsi də yer alıb.
Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri ötən ilin yayında "Rapid"dən transfer edib. Gənc ön xətt oyunçusu "sarı-qırmızılar"ın heyətində 6 rəsmi matçda meydana çıxıb.

Oxşar xəbərlər
Ərəbistan klubundan "Fənərbaxça"ya - TRANSFER
"Qalatasaray" oyunçusunu satdı
Daha bir türk futbolçu Ərəbistana yollanır
"Qalatasaray" 3 milyon avro gəlir əldə etdi
İstanbul klubu axır ki, ondan canını qurtardı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası