"Qalatasaray"ın yeni hədəfi -FOTO
Türkiyənin "Qalatasaray" klubu İngiltərə "Vest Hem"ində çıxış edən Xavyer "Çiçarito" Hernandesi transfer hədəfinə alıb.
Sportfm.az xəbər verir ki, "sarı-qırmızılar" meksikalı hücumçuya 2+1 illik müqavilə şərti təklif edib.
Çiçarito bu təklifi qəbul etsə, illik 3 milyon avro maaş alacaq.
İstanbul təmsilçisi "Vest Hem"lə 1 illik müqaviləsi qalan 31 yaşlı forvardı təzminat ödəmədən almaq istəyir. Bunun üçün də London klubu ilə danışıqlar aparılacaq.
Məlumata görə, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Meksika millisinin üzvünü transferində razılıq verib.
Super Liqa klubu hücumçusu Mbaye Dianı Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubuna 15 milyon avroya satmağa hazırlaşır.
"Qalatasaray" digər hücumçusu Kostas Mitroglunun əvəzinə, "Rizəspor"dan Vedat Murikini düşünür.
Xavyer Hernandes 2017-ci ildən "Vest Hem"də çıxış edir. Meksikalı futbolçu "Mançester Yunayted", "Real" və "Bayer"də də çıxış edib.
Oxşar xəbərlər
"Roma"nın oyunçusu "Qalatasaray"da - RƏSMİ
Onyekuru "yuvaya geri döndü" - FOTO
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
"Qalatasaray"ın yeni transferi rəsmən açıqlandı
"Qalatasaray" seneqallı futbolçusuna 15 milyon qiymət qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası