reklam
“Real Madrid” yeni rekorda imza atdı –
Sportfm.az xəbər saytı

“Real Madrid” yeni rekorda imza atdı –303 milyon avro xərclədi


Dünyanın ən zəngin futbol klublarından olan “Real Madrid”  yeni bir rekorda imza atıb. 

Sportfm.az xəbər verir ki, klub  komandaya oyunçu transferi əlaqədar olaraq 303 milyon avro xərcləyərək transferə ən çox pul xərcləyən komanda kimi ilk sırada dayanıb. 

Qısa zaman ərzində komandaya 5 yeni üzv qəbul olunub. Onların içərsinidə ən çox pul  belçikalı futbolçu, “Çelsi” futbol komandasından transfer olan Eden Hazarda xərclənib.Belə ki, gənc futbolçunun transferi üçün klub 100 milyon avro məbləğində pul xərcləyib. Digər futbolçulara;  “Lyon” futbol komandasından Ferland Mendiyə 48 milyon, “Santos” komandasından 18 yaşlı Rodriqo Qoesə 45 milyon, “Frankfurt” komandasından Luka Joviç-ə 60 milyon, “Porto” komandasından  Eder Militaoya 50 milyon pul xərclənib. 

Xatırladaq ki, futbol klubu indiyədək ən çox 2009-cu ildə xərcə düşmüşdü. Kriştiano Ronaldu transfer edilən il klub Kakaya 60, Kərim Benzemaya 35, Xabi Alonsoya 34,5, Raul Albiola 15, Alvaro Neqredoya 5, Alvaro Arbeloa ilə Esteban Qraneronın hərəsinə 4 milyon avro ödəməklə ümumilikdə 258,5 milyon avro xəcləmişdi.

Oxşar xəbərlər

Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Ən bahalı heyəti olan klublar - SİYAHI
Bu yayın ən bahalı transferləri - SİYAHI
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Futbol tarixinin 10 ən bahalı transferi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər