Aftandil Hacıyev gileyləndi:"Ən güclüsü bizə düşdü"
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportfm.az xəbər verir ki, o, Rumıniya təmsilçisi "Universitatya Krayova" ilə düşmələri ilə bağlı deyib:
"Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir".
Oxşar xəbərlər
"Sabah" bizimlə oyuna dönüş nöqtəsi kimi baxır" - Aftandil Hacıyev
Aftandil Hacıyev pulsuzluqdan şikayətləndi
"Mirabdulla Abbasovdan heç nə gözləmirik" - Aftandil Hacıyev
"Fürsət olsa, Essyenlə şəkil çəkdirəcəm" - "Krayova"nın kapitanı
"Futbolçularımız tam hazır deyil" - Aftandil Hacıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası