reklam
Millinin 17 yaşlı üzvü ölü tapıldı -
Sportfm.az xəbər saytı

Millinin 17 yaşlı üzvü ölü tapıldı -FOTO


Biatlon üzrə Rusiya yığmasının üzvü faciəvi şəkildə dünyasını dəyişib. 

Sportfm.az xəbər verir ki, Krımda təlim-məşq toplanışında olan gənclərdən ibarət Rusiya yığmasının 17 yaşlı üzvü Artemiy Xasankaev vəfat edib. Doğulduğu Murmansk şəhərinin komandasının tərkibində toplanışa yollanan idmançı səhər tezdən meşəyə qaçmağa çıxıb. Əsas qrupdan arxada qalan Xasankaev bazaya geri dönməyib. Bundan təlaşa düşən məşqçilər xilasedicilərə xəbər verib. Axtarışlar nəticəsində 17 yaşlı gəncin meyidi tapılıb. Meşənin içərisində ölmüş vəziyyətdə aşkarlanan milli üzvüvü ekspertiza üçün xəstəxanaya aparıblar. Əsas versiyalardan biri kimi Xasankaevin ürəktutmasından dünyasını dəyişdiyi ehtimal edilir. 

 

Oxşar xəbərlər

Basketbolun əfsanəsi faciəvi şəkildə dünyasını dəyişdi - VİDEO
Olimpiya çempionunun meyidi tapıldı - FOTO
Azərbaycan yığmasının baş məşqçisi vəfat etdi
17 yaşlı futbolçu məşq zamanı dünyasını dəyişdi
Ağır atletika yığmamızın sabiq üzvü vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər