reklam
Basketbolun əfsanəsi faciəvi şəkildə dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

Basketbolun əfsanəsi faciəvi şəkildə dünyasını dəyişdi -VİDEO


İdman dünyasını yasa bürüyən ölüm hadisəsi baş verib.

Sportfm.az xəbər verir ki, Milli Basketbol Assosasiyasında "Los-Anceles Leykers"də forma geyinmiş Kobi Brayant vəfat edib. Amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib. Əfsanəvi idmançını aparan "Sikorsky S-76" helikopteri Kaliforniyada qəzaya uğrayıb. Brayantla yanaşı, daha 4 insan vəfat edib.  

"La Times"ın məlumatına görə, Kobi "Los-Anceles Leykers"in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna Mariya ilə birgə görünmüşdü. Onun 13 yaşlı qızı da vəfat edənlərdən biridir. 

1996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobi ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.

Oxşar xəbərlər

Bir forma 5.8 milyona satıldı
Dünya ulduzu erməninin səhlənkarlığı nəticəsində vəfat edib - Məhkəmə çəkişməsi
"Qara mamba"nın ölümündən əvvəl gizlin sövdələşmə - FOTO
Brayantın adı əbədiləşdiriləcək
Kobi Brayantın necə öldüyü məlum olub - Təfərrüat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər