reklam
Sportfm.az xəbər saytı

"Formula 1"də balların hesablanma qaydası dəyişdirildi


"Formula 1" üzrə dünya çempionatında superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib. 

Sportfm.az xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Fransanın paytaxtı Parisdəki iclasında qəbul olunub.

Hazırkı qaydaya əsasən, "Formula 1"də 40 bala malik və bunları 3 il ərzində qazanmış pilotlar iştirak edirlər. Sərbəst məşğələlərə isə lisenziyada 25 bal olduqda qatılmaq mümkündür. 

2020-ci ildən isə superlisenziyaya ballar qazanmaq üçün yeni imkan yaranacaq. Sərbəst praktikada 100 km-dən çox məsafə qət edən və cərimə almayan iştirakçılar 1 bal alacaqlar. Amma bu zaman belə halların hesablanma imkanına limit qoyulacaq. Yəni 3 il ərzində yalnız 10 bal qazanmaq mümkün olacaq. 

İştirak üçün superlisenziya xalları hesablanan çempionatlar sırasına isə W seriyası da əlavə olunub. Amma bu zaman bal bölgüsü hələlik əsasnaməyə salınmayıb. 

Qeyd edək ki, 2016-cı ildən "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Bakıda keçirilir. Bu il yenilənmiş müqaviləyə əsasən, Azərbaycan Qran-prisi 2023-cü ilədək davam edəcək.  

Oxşar xəbərlər

Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
Makao Qran-Prisi iştirakçılarının yekun siyahısı açıqlandı
Formula-1 bolidlərində yenilik
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirilir? - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər