reklam
Formula-1 bolidlərində yenilik
Sportfm.az xəbər saytı

Formula-1 bolidlərində yenilik


2018-ci ildən Formula-1 bolidlərində "Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq.

Sportfm.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) İsveçrənin Cenevrə şəhərində keçirilən Strateji Qrupunun iclasında qərar qəbul olunub. 

Məqsəd qəzalar zamanı pilotların başını ciddi xəsarətlərdən qorumaqdır.

Formula-1 üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u "Halo” sisteminə qarşı səs versələr də, FİA rəhbərliyi təhlükəsizlik tədbirlərini əsas tutaraq, onların fikirlərinə məhəl qoymayıb.

"Halo” ilə bağlı yekun qərar FİA-nın Ümumdünya Şurasında çıxarılacaq.

Qeyd edək ki, 2018-ci ildə Formula-1 üzrə Azərbaycan Qran-Prisi 27–29 apreldə keçiriləcək.

Oxşar xəbərlər

Formula 1 üçün ciddi təhlükə - Braziliya Qran-prisi
Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi
"Bakıda rekord qeydə alınacaq" - Formula 1-in yarış direktoru
“Formula-1” pilotlarını yeni ekranlar qoruyacaq
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirilir? - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər