Slovakiya ilə oyunda ekranda göstərilməyənlər -VİDEO
Ötən gün Bakıda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ikinci ev oyununu keçirən milli komandamız Slovakiyaya rüsvayçı hesabla məğlub oldu.
Sportfm.az xəbər verir ki, AFFA-nın oyunun biletlərini satışdan yığışdırmasına və onları müxtəlif idarələrin işçilərinə paylamasına baxmayaraq, 8-ci km stadionuna toplaşan az sayda əsl futbol azarkeşləri ilk dəqiqələrdən meydanda sürünən futbolçularımızı fitə basmağa və müxtəlif şüarlar səsləndirməyə başladılar. Hətta AFFA canlı yayımda səsləri eşidilməsin deyə slovakiyalı fanatları kameraların quraşdırıldığı tribuna ilə üzbəüz oturdaraq(dünya praktikasında belə bir hala rast gəlinməyib), yerli azarkeşlərin canlı yayımda səslərinin eşidilməsinin qarşısını almağa cəhd etsə də, oyunboyu hamı birağızdan federasiyanı istefaya səsləyirdi. Matçın gedişində istefa şüarları səsləndirən fanatları hüquq-mühafizə orqanlarının əməkdaşları stadiondan kənara çıxarırdılar.
Həmin görüntüləri sizlərə təqdim edirik.
Oxşar xəbərlər
"Mən ömrümdə belə şey görməmişdim" - Azarkeş
"İstefa" qışqıranlar stadiondan çıxarıldı - OLAY
Zirədə "İstefa" sədaları səsləndi, "ağ-qaralı" fanatlar ev sahiblərini alqışladı
“Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar, baxmasınlar” – “İstefa”ya reaksiya
Millimizin matçları canlı yayımda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası