"Bunu heç vaxt unutmayacağam"
"Hamımız çox sevinirik. Finalda ardıcıl ikinci dəfə oynamaqdan və 90 dəqiqə meydada qalmaqdan məmnunam. Bu gün hər kəs əlindən gələnin ən yaxşısını etdi. Fərdi olaraq heç bir oyunçu önə çıxmadı, amma komanda şəklində möhtəşəm idik".
Sportfm.az xəbər verir ki, bu sözləri Liverpool-un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında Tottenham-ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Misirli hücumçu VAR sayəsində penalti qazanmalarına da münasibət bildirib: "Növbəti mövsüm VAR-ı İngiltərə Premyer Liqasında da görəcəyik. Amma indidən bunu çox bəyəndiyimi söyləyə bilərəm".
O, ÇL-in kubokunu qazandığı üçün inanılmaz hisslər keçirdiyini vurğulayıb: "Bu uğuru birlikdə bacardıq. Komanda şəkində vuruşduq və yekunda zəfərə nail olduq. Çox özəl bir andır. Bunu heç vaxt unutmayacağam".
Oxşar xəbərlər
Alman məşqçi danışdı: "Kifayət etmədi"
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
Salah öpülməkdən ehtiyat etdi - VİDEO
İbrahimoviç: "Vaxt keçdikcə hər şey qaydasına düşəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası