reklam
Alman məşqçi danışdı:
Sportfm.az xəbər saytı

Alman məşqçi danışdı:"Kifayət etmədi"


"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"a uduzduqları matç (0:1) barədə fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, mütəxəssis oyundan sonra açıqlamasında deyib: 

“Oyundan sonra baxdım ki, topa sahibolmada bərabər idik. Amma biz qapıya daha çox zərbə vurduq. "Real"ı sevən hər kəsi təbrik edirəm. Biz qol vurmalıydıq və vurmadıq. Bu, futbolda ən yaxşı izahatdır. Amma çətindir. Rəqibin qapıçısı Kurtua matçın futbolçusudur. Üç dəfə 100 faizlik qol şansımız oldu, amma Kurtua inanılmaz seyvlər etdi. İlk hissədə gözəl anlar yaşadıq. Çox yaxşı işlər gördük, amma bu, kifayət etmədi. Biz bu nəticəni qəbul edirik".

Qeyd edək ki, bu, "Real"ın Çempionlar Liqasında 14-cü qələbəsidir. 

Oxşar xəbərlər

Gürcü məşqçi Naxçıvan klubuna çox qol vurmaqdan danışdı
2022-ci ilin ən yaxşı qapıçısı - Tibo Kurtua
Möcüzəli belçikalı - Finalın ən yaxşısı
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Qarşımızda yaxşı müdafiə xətti var idi" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər