Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kuarejma Bakıya niyə gəlmişdi?
Bakıda səfərdə olan "Beşiktaş"ın və Portuqaliya millisinin futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə A.Rəhimovla yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və "Beşiktaş" fanatları iştirak ediblər.
Nazir portuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirib.
O, Avropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib.
Daha sonra Kuerajma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub.









Oxşar xəbərlər
Fərid Mansurova yeni vəzifə verildi - Təyinat
Yeni nazir Azərbaycan - Portuqaliya matçı haqqında danışdı - "Çox təəssüf ki, komandamız məğlub oldu"
Kuarejma yeni klubu ilə müqavilə imzaladı - FOTO
"Bakını ailəmlə birlikdə gəzməyə gəlmişəm" - Rikardo Kuarejma
Avropa çempionu Bakıya gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası