Henrix Mxitaryan Bakıya gətiriləcək?
Avropa Liqasının finalına yüksələn "Arsenal" Bakıda "Çelsi" ilə keçiriləcək həlledici oyun öncəsi erməni futbolçusu Henrix Mxitaryanın viza problemi ilə üzləşib.
Sportfm.az xəbər verir ki, UEFA bu məsələdə London klubuna dəstək göstərir. Xəbərdə qeyd edilib ki, "Arsenal" bu oyuna Mxitaryansız çıxa bilər.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun üçün Bakıya gətirilməyən futbolçunun bu görüşdə də meydana çıxmayacağı gözlənilir. Mxitaryanın Bakıya gətirilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Yalnız Azərbaycan tərəfi icazə verdikdən sonra futbolçu Bakıya səfər edə bilər. Ancaq "Arsenal" buna görə danışıqlara getmək istəmir. Çünki London klubu futbolçunun təhlükəsizliyini nəzərə alır.
Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.
Oxşar xəbərlər
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
"Arsenal" Mxitaryanın Bakıya gəlişi məsələsini həll etdi!
UEFA-dan Mxitaryana dəstək
Mxitaryan Bakıya gələcəkmi? - Məsələyə aydınlıq gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası