“Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”
UEFA prezidenti Aleksandr Çeferin “Arsenal” klubunun erməni hücumçusu Henrix Mxitaryan ətrafında son günlər Avropa KİV-lərində qaldırılmış süni ajiotaja münasibət bildirib.
Sportfm.az xəbər verir ki, Azərbaycan tərəfinin bütün təhlükəsizlik təminatı verməsinə baxmayaraq Mxitaryan “təhlükəsizlik” bəhanəsi ilə Bakıya, Avropa Liqasının mayın 29-də keçiriləcək finalında “Çelsi” ilə oyuna gəlməkdən imtina edib. Ermənistan dairələri və Avropadakı ermənipərəst çevrələr isə Mxitaryanın qərarını Azərbaycana qarşı təbliğat aparmaq üçün istifadə edirlər.
“Mxitaryan Bakıya getmək istəmir? Bu oyunçunun öz işidir. Azərbaycan oyunçunun təhlükəsizliyinə təminat vermişdi. Əgər biz bu situasiya ilə bağlı getsək, futbol bu siyasi təzyiqlər altında oynansa gələcəkdə heç nə təşkil edə bilmərik”-Aleksandr Çeferin “Spiegel”ə müsahibəsində deyib.
Azərbaycanda insan haqları ilə bağlı problemlər haqda suala cavabında isə UEFA prezidenti deyib ki, belə problemlər başqa ölkələrdə də var. “Başqa ölkələrdə də buna oxşar problemlər var. Bu o deməkdir ki, Bakı sakinlərinin canlı futbol izləmək haqqı yoxdur?”-Çeferin bildirib.
Oxşar xəbərlər
"İki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib"
UEFA “Arsenal”a xəbərdarlıq etdi - "Bakıda etirazdan çəkinin!"
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Henrix Mxitaryan Bakıya gətiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası