reklam
UEFA münasibət bildirdi
Sportfm.az xəbər saytı

UEFA münasibət bildirdi


UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçün London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: "UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. "Arsenal" UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq". 

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Arsenal"ın Bakıdakı təxribatının qarşısı alındı
“Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”
AFFA münasibət bildirdi
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
"Arsenal"dan Mxitaryan bəyanatı - "Qarabağ"la oyunda olacaqmı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər