"Arsenal"dan Mxitaryan bəyanatı -"Qarabağ"la oyunda olacaqmı?
“Arsenal” Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunan erməni futbolçu Henrix Mxitaryanla bağlı bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, London klubu öz bəyanatında oyunçularının təhlükəsizliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb:
“Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən 29 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.
Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparacaq. Ağdam klubunun ingilislərlə Bakıdakı oyunu oktyabrın 4-də keçiriləcək. Londondakı matç isə dekabrın 14-də oynanılacaq.(qol.az)
Oxşar xəbərlər
UEFA münasibət bildirdi
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
Henrix Mxitaryan Bakıya gətiriləcək?
"Vorskla"nın oyunçusu Bakıya gətirilməyəcək
"Qarabağ" "Arsenal"la eyni qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası