reklam
Üçqat dünya çempionu dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

Üçqat dünya çempionu dünyasını dəyişdi


"Formula1" üzrə keçmiş dünya çempionu Niki Lauda vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə avstriyalı idmançının ailə üzvlərinə istinadən "France Presse" məlumat yayıb.

Bildirilir ki, o, mayın 20-də 71 yaşında dünyasını dəyişib. Üçqat dünya çempionu olmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək, çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb. O, yanıq xəsarətlərinin yerlərini qırmızı şapkası ilə örtüb.

Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub. 

Oxşar xəbərlər

Dünya çempionu dünyasını dəyişdi - 85 yaşında
Üçqat dünya çempionu dünyasını dəyişdi - 65 yaşında
Üçqat olimpiya çempionu dünyasını dəyişdi - 77 yaşında
Hemilton altıqat dünya çempionu oldu
Bakıdan getdi və dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər