Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Formula 1" üzrə dünya çempionatı Afrikada keçiriləcək
"Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Afrikada keçirilə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə yarışın kommersiya direktoru Şon Bratçes məlumat verib.
O, Mərakeş və Yohannesburq (CAR) təmsilçiləri ilə danışıqlar haqqında danışıb. Əvvəllər yarışların keçirilməsinə Nigeriya və Ruanda tərəfindən də maraq göstərilib.
"Afrika bizim daxil olmaq istədiyimiz bazardır. Beş qitədə yarışı təşkil edirik. Afrika isə olmadığımız son qitədir. CAR və Mərakeşdə çox vacib danışıqlar aparırıq", - deyə kommersiya direktoru bildirib.
Qeyd edək ki, "Formula 1" 1958-ci ildə Mərakeşin Kasablanka şəhərində, CAR-da isə 1967-ci ildən 1999-cü ilə qədər keçirilib.
Oxşar xəbərlər
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Formula 1 Afrikada keçiriləcək - 2023-cü ildə
"Formula 1-in bir və ya iki yarış ləğv ediləcək" - Zak Braun
"Formula 1" yarışları ləğv ediləcək
Formula-1 “start qızları”ndan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası