reklam
Sportfm.az xəbər saytı

"Formula 1" yarışları ləğv ediləcək


"Formula 1" üzrə daha 3 Qran-pri ləğv oluna bilər. 

Sportfm.az xəbər verir ki, bu barədə  "Mercedes"in icraçı direktoru Toto Volf jurnalistlərə açıqlamasında bildirib. O, Amerika qitəsindəki bəzi yarışların ləğv oluna biləcəyini vurğulayıb.

Volf oktyabr - noyabr üçün planlaşdırılan ABŞ, Meksika və Braziliyadakı yarışların təhlükə altında olduğunu söyləyib: "Hazırda bu ölkələrə gedə bilmərik. "Formula 1"in icraçı direktoru Çeyz Keri heç bir qapını bağlamaq istəmir. Ancaq düşünürəm ki, həmin ölkələrə getməyəcəyik".

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 

 

Oxşar xəbərlər

Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
"Formula 1-in bir və ya iki yarış ləğv ediləcək" - Zak Braun
Qran-Pri ləğv edildi - Formula 1
"Formula 1" 22 Qran-pri keçirəcək 2021-ci ildə
"Formula 1" ləğv oluna bilər - Karantinə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər