Formula-1 “start qızları”ndan imtina etdi
Formula-1 yarışlarında bu ildən etibarən qızların startda avtotrekə çıxması təcrübəsinə son qoyulacaq.
Sportfm.az xəbər verir ki, dəyişiklik həftəsonları keçirilən digər Qran-Pri avtoyarışlarına da tətbiq olunacaq.
Bu, onunla əlaqələndirilir ki, gözəl qızlar yarışın promouterləri və tərəfdaşlarına öz ölkələrini və məhsullarını nümayiş etdirməyə mane olur.
"Son ildə biz bir neçə yarışa diqqət yetirdik. Hiss etdik ki, bu böyük idmanın görüntüsü ilə əlaqədar olaraq yenilənməyə daha çox ehtiyac var.
Startda qızların peyda olması onillər ərzində Formula-1 Qran-Pri yarışlarının ayrılmaz hissəsi olsa da, bu ənənənin bizim brend dəyərlərinə və bu günün sosial normalarına zidd olduğunu düşünürük. İnanmırıq ki, bu təcrübə Formula-1 və onun dünyanın dörd bucağından olan istər yeni, istərsə də köhnə fanatları üçün uyğun və məqbuldur", - deyə Formula-1 Kommersiya Əməliyyatları üzrə icraçı direktoru Şon Bretçis bildirib.
Qeyd edək ki, Formula-1 yarışları martın 25-də Melburn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
"Formula 1" ABŞ Qran-prisi ilə müqaviləni uzatdı - 2026-cı ilədək
Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
Təqvimə daha bir Qran-pri əlavə olundu - Formula 1
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası