
"Qəbələ"dən növbəti rekord
Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. "Qəbələ” ötən mövsümdə olduğu kimi ilk dövrəni lider kimi başa vurub. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, VII turda "Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən "qırmızı-qaralar”ın liderliyi iki seriya ilə müşayiət olunur. Ağdam klubu ilə görüşdə "Qəbələ” ardıcıl 5-ci qələbəsini qazanıb. Bu, klub tarixində 2-ci belə seriyadır. Komanda yalnız 2014/15 mövsümünün ikinci yarısında daha çox – 8 qələbəni sıralamışdı. 5 oyunluq qələbə seriyası həm də cari mövsüm heç bir klubun bacarmadığı göstəricidir. "Qəbələ" eyni zamanda quru seriya ilə diqqət çəkir. Mövsümün qol buraxmayan yeganə komandası olan "qırmızı-qaralar” Premyer Liqanın ilk 7 turunda qol buraxmamaqla Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. İndiyədək yalnız 2010/11 mövsümünün startında qol buraxmayan "Xəzər Lənkəran” bunu bacarmışdı.
Ümumilikdə isə ötən mövsümün XXXIV turunun "Qarabağ”la matçından (0:2) sonra qapısını toxunulmaz saxlayan "qırmızı-qaralar” 9 oyundur qol buraxmır. Bu, ölkə çempionatları tarixinin 5-ci nəticəsinin təkrarı, "Qəbələ”nin 2-ci göstəricisidir. Komandamız 2010/11 mövsümündə ardıcıl 10 matçda qol buraxmamışdı. Bu rekordu təkrarlamaq üçün "qırmızı-qaralar” növbəti turun "İnter”lə görüşündə qol buraxmamalıdır.
Qapıçı Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, "Qəbələ”nin 2-cisidir. 2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya "İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.
Qələbə və qol buraxmamaq seriyalarında rekorduna doğru irəliləməkdə olan "Qəbələ” bir ilkə də imza atıb. Ardıcıl 5 quruhesablı qələbə qazanan "qırmızı-qaralar” tarixində ilk dəfə bunu gerçəkləşdirib. Bunadək rekord 4 oyundan ibarət idi. Ötən mövsümün V-VIII turlarında komanda 4 oyunda qol buraxmadan qalib gəlmişdi.
"Qarabağ”la görüş bir neçə yubileylə də əlamətdar olub:
- "Qəbələ” Premyer Liqada 130-cu qələbəsini qazanıb.
- "Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında 90-cı oyununa çıxıb.
- Dmitri Bezotosnı Premyer Liqada 50-cı oyununu keçirib.
- Rəşad Sadiqov 70-ci, Asif Məmmədov 50-ci dəfə "qırmızı-qara” forma geyinib.
- Baqali Dabo "Qəbələ”də 10-cu qolunu vurub. O, ən azı 10 dəfə fərqlənən 15-ci oyunçu olub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oyunlarının başlama saatı və məkanlar müəyyənləşib. 27.03.2023, 20:18
Beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək 27.03.2023, 19:25
Azərbaycanlı futbolçu Belçika klubuna keçir 27.03.2023, 19:22
Azərbaycan millisi Bakıya qayıtdı - FOTO 27.03.2023, 18:27
"Fənərbaxça" Rusiya klubu ilə əməkdaşlığa başladı 27.03.2023, 17:40
De Byazi bu futbolçuları sifariş ərizəsinə daxil etmədi 27.03.2023, 16:22
"Şamaxı" "Səbail"lə qarşılaşacaq - Birinci divizion 27.03.2023, 15:22
Bakıda keçiriləcək boks turnirində 11 ölkə iştirak edəcək 27.03.2023, 15:18
İsveç - Azərbaycan matçının keçiriləcəyi stadionun dam örtüyü bağlandı - Qeyri-sabit hava şəraiti 27.03.2023, 14:21

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |