reklam
Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı
Sportfm.az xəbər saytı

Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı


"Qəbələ”nin ev oyunlarındakı quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının cari mövsümündə ilk dəfə evdə qol buraxan "qırmızı-qaralar”ın seriyası ümumilikdə 6 matç davam edib.  
Ötən mövsümün AZAL (2:0), cari çempionatın "Kəpəz” (2:0), "İnter” (0:0), AZAL (3:0), "Sumqayıt” (2:0), "Qarabağ”la (2:0) qarşılaşmalarında qapısını toxunulmaz saxlayan əyalət klubunun müdafiə səddini "Neftçi” yarıb. X turun qarşılaşmasında 1:4 hesabı ilə uduzan bakılıların kapitanı Araz Abdullayev 49-cu dəqiqədə meydan sahiblərinin seriyasını qırıb.   Maraqlıdı ki, "Qəbələ”nin Premyer Liqada buraxdığı son ev qolunun da müəllifi "Neftçi”nin üzvü olub. Mayın 1-də baş tutan və 2:2 hesabı ilə nəticələnən matçın 64-cü dəqiqəsində Elşən Abdullayev fərqlənmişdi.   191 gündən sonra evdə qol buraxan "Qəbələ”nin quru dəqiqələri 615 dəqiqə sürüb.  
Qeyd edək ki, evdə ardıcıl 6 çempionat matçı qol buraxmamaq "qırmızı-qaralar”ın rekordudu. Bunadək əyalət təmsilçisi ən yaxşı halda ardıcıl 5 matçda qol buraxmayıb. İki dəfə təsadüf olunan bu nəticə 2010-cu və 2015-ci payızında qeydə alınıb.

Oxşar xəbərlər

“Qarabağ” rekordun bir addımlığında dayandı
“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında
"Qəbələ"dən növbəti rekord
Bezotosnıdan yeni rekord
Dmitri Bezotosnının gözlədiyi 62 dəqiqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər