reklam
Futbolumuzu
Sportfm.az xəbər saytı

Futbolumuzu "qabağa aparan" "Səbail" və "Ayaks"ı arxada qoyan "Neftçi" -LAZIMLI


Azərbaycan futboluna həsəd aparmaqda davam edirəm. Və əslində isə çox sevinirəm ki, vətənimizdə biletdən, abunəlikdən, teleyayımdan, reklam və sponsorlardan(yalançı rəqəmlər olduğunu hamımız gözəl bilirik) gəlir əldə etmədən, UEFA-nın və digər gəlirlərin(ən maraqlısı budur) hesabına klub saxlamağı və hətta avrokuboklara vəsiqə qazanmağı bacaran klub idarəçiləri, futbol adamları var.

İlboyu ev oyunlarında stadionunun tribunalarındakı oturacaqların tozu silinməyən "Səbail" təkcə uşaq futbolunun inkişafına 347 min manat pul xərcləyib(rəqəmə baxın!!!). Komandanın digər xərcləri də var. Özüdə nə az, nə çox 2 milyon 900 minə yaxın. Həmin məbləğin nəyə xərcləndiyi açıqlanmır. Çox maraqlıdır.

İndi bildiniz Region Liqasında mübarizə aparan iddialı "Baku FC" niyə dağıldı?. Futbolumuzu idarə edənlər bilir ki, orda klubu gəlirlə idarə edə biləcək səriştəli idarəçilər yoxdur. Ziyanla işləyən klub kimə lazımdır? Onların yerinə gəlir gətirən "Səbail" kimi komandalar olsa, ölkə futbolumuz da "qabağa gedər".

Təklif edirəm digər klublar da maliyyə hesabatlarını açıqlansınlar, onların necə xeyirlə "işlədiyini" ictimaiyyət görsün. Xüsusən də "Neftçi"nin belə bir hesabatı çox maraqlı olardı. Çünki adamlar oturub-drumadan çalışır, müqavilələr imzalayır, sponsorlar cəlb edir. Yəqin ki, onların gəliri artıq "Ayaks"ı belə arxada qoyub. 

Oxşar xəbərlər

"Turan Tovuz"a 800 min - 1 milyon manat lazımdır" - Vidadi Əhmədov
"Neftçi"nin çempion olmağını istəyirəm" - "Səbail"in müdafiəçisi
7 milyon manatla Azərbaycan çempionatında sonuncu yer - Hesabat
"O insanlara yazığım gəlir" - Kamal Quliyev
Klublar hesabat verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər