reklam
7 milyon manatla Azərbaycan çempionatında sonuncu yer -
Sportfm.az xəbər saytı

7 milyon manatla Azərbaycan çempionatında sonuncu yer -Hesabat


“Sabah” klubu 2020-ci il üçün maliyyə hesabatını təqdim edib.

Sportfm.az xəbər verir ki, hesabatda gəlirlərin 6 271 066 manat, xərclərin isə 6 860 642 manat təşkil etdiyi vurğulanıb. 2019-cu ildə gəlirlər 6 234 500 manat, xərclər isə 5 836 530 manat təşkil edib. Başqa sözlə, cəmi 36 566 manat gəlir əldə olunduğu halda, klub 1 024 112 manat xərcə düşüb.

Xərclərdə ən böyük artım əmək haqlarında baş verib. 2019-cu ildə klub oyunçuların və digər əməkdaşların əmək haqqı və mükafatlandırılmasına 3 235 151 manat, 2020-ci ildə 4 273 288 manat, başqa sözlə, 1 038 137 manat sərf edib. Azalma isə sair əməliyyat xərclərində, xüsusən, reklam və marketinq xərcləri ilə daşınmaz əmlak və idman obyektlərinə çəkilən xərclərdə baş verib.

Qeyd edək ki, 7 milyon manatadək büdcəyə və əmək haqlarına 1 milyon manatdan çox xərcləməsinə baxmayaraq, "Sabah" klubu hazırda Azərbaycan Premyer Liqasında 20 oyundan 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

"Sabah" klubu: 7 milyon manat xərclə sonuncu yer

Oxşar xəbərlər

AFFA-nın ötənilki xərcləri - 28 milyon
PFL-in pulu azaldılıb
"Qarabağ" hesabat verdi - 3 milyondan çox zərər
Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlirlərini açıqladı
Azərbaycanda idman obyektlərinin tikintisinə nə qədər vəsait xərclənəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər