"Avropa Liqasının finalına gələnlər şəxsi evlərdə məskunlaşa bilərlər" -Azad Rəhimov
"Vacib məsələ otellərdə olan yerlərdir. Azərbaycanda 17 mindən artıq otel otaqları var. Bəzi otaqlarda 2 nəfərin qala biləcəyini nəzərə alsaq, bu, onu göstərir ki, ölkəmizə gələcək azarkeşlər tam yerləşə bilərlər".
Sportfm.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək azarkeşlərin yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Nazir qonaqların şəxsi evlərdə də məskunlaşmalarının mümkünlüyünü dilə gətirib: "Təcrübə göstərir ki, son illər paytaxtımızda çoxlu mənzil kirayəyə verilir. Bunun üçün də xüsusi saytlar var. Həmin mənzillərdən bütün qonaqlar tam yararlana bilərlər. Necə ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisində etmişdilər".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq. ("Report")
Oxşar xəbərlər
AZAL Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı oldu
Dünyanın diqqəti Bakıda! - Bu gün finaldır
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
"Bakıya 30 mindən çox əcnəbi azarkeş gələcək" - Azad Rəhimov
Nazir bu il Azərbaycanın ev sahibliyi edəcəyi yarışlardan danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası