reklam
Sportfm.az xəbər saytı

"Bakıya 30 mindən çox əcnəbi azarkeş gələcək" -Azad Rəhimov


“Bakı Avrupa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.

Sportfm.az xəbər verir ki, bunları gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.

Nazir bildirib ki, UEFA rəsmiləri matçın baş tutacağı Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər: “Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi nəhəng yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.

Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Oxşar xəbərlər

"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Bakı Olimpiya stadionu tam dolmayacaq! - Açıqlama
BOK-un tamaşaçı tutumu azaldıldı
Azarkeş Festivalında finalın rəsmi ictimai baxışı
"Oyunun siyasiləşdirilməsinə icazə vermək olmaz" - Nazirlik rəsmisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər