reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın qapıçısı “Formula 1”-i pəncərədən izləyəcək -FOTO


“Qarabağ”ın qapıçısı Vaqner da Silva “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisini yaşadığı mənzilin pəncərəsindən izləyəcək.

Sportfm.az xəbər verir ki, braziliyalı qolkiperin yaşadığı "Port Baku"dan avtomobillərin 340 km/saat sürətlə ötüşməsini izləmək mümkündür. Bu barədə 33 yaşlı oyunçu yarışla bağlı təəssüratlarını “GloboSport” portalına bölüşərkən bildirib. O, həyatında ilk dəfə “Formula 1”i canlı izləyəcəyini söyləyib. Vaqnerin sözlərinə görə, yolların bağlı olmasına görə narahatlıqdan savayı hər şey əladır: "İşçilər konstruksiyaları çox tez quraşdırırlar. Bura çox heyrətamizdir. Sərbəst yürüşləri izləyə bilməyəcəm, amma bazar günü yarışa mütləq baxacağam”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq. Bu gün iki sərbəst yürüş, aprelin 27-də bir sərbəst yürüş və sıralama turu baş tutacaq. Yarış bazar günü olacaq. “Qarabağ” isə sabah Premyer Liqanın XXVI turu çərçivəsində “Zirə”nin qonağı olacaq.

Oxşar xəbərlər

Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Qran-pridə ikinci gün başlayır - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
Soçidə “Formula 1” üzrə Rusiya Qran-prisi start götürdü
"Formula 1"də ikinci gün - AFİŞA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər