Raqif Abbasov: "Azərbaycan ədalətin və olimpiya fəlsəfəsinin tərəfində çıxış etdi" - EKSKLÜZİV
Belorusiya Paralimpiya Komitəsinin rəhbəri Oleq Şepelin – Azərbaycan tərəfi idmançıları olmadığı üçün Rusiyanın əlindən alınan üç lisenziyadan imtina edib - açıqlamasına cavab gecikməyib. Belə ki, Bakı şəhər İdman Baş idarəsinin rəhbəri Raqif Abbasov məsələ ilə bağlı saytımıza verdiyi açıqlamada ölkəmizin daim olimpiya hərəkatının prinsiplərinə əməl etdiyini bildirib: "Bir sıra mətbuat orqanlarında cənab Şepelin Azərbaycan Paralimpiya komandası haqqında və o cümlədən yığmamızın Rusiya komandasının cəzalandırılmasından sonra əldə edə biləcəyi üç lisenziyadan imtinasının səbəbini bizim idmançıların olmaması ilə bağlayıb. Cənab Şepelə tövsiyə edirəm ki, öz ölkəsinin paralimpiya hərəkatına daha çox diqqət yetirsin. Azərbaycan müstəqil dövlətdir və daim olimpiya və paralimpiya fəlsəfəsinə sadiqdir. Bizim imtinamızın səbəbini Gənclər və İdman nazirimiz bəyanatında bildirib. Məhkəmə yekunlaşmadan hər hansı bir iştiraka "hə” və ya "yox” demək düzgün olmazdı. Mənim fikrimcə, hansısa bir idmançının günahının komandaya şamil etmək ədalətsizlikdir. Ən əsası bu olimpiya fəlsəfəsinə ziddir. Həmin üç lisenziyanın veriləcəyi idmançılarımız Afaq Sultanova, Ramin Əliyev və Hüseyn Hüseynov idi. Bunlardan Sultanova artıq paralimpiya nəticəsi olan idmançıdır. Bu idmançılar Braziliyaya yollansaydı əldə edəcəyimiz medalların sayı daha çox ola bilərdi. Lakin, biz bundan imtina etdik və ölkəmiz ədalətin və olimpiya fəlsəfəsinin tərəfində çıxış etdi. Bununla biz idmançılarımızın əldə etmədiyi lisenziyalardan imtina etdik. Cənab Şepelə fikir bildirmədən öncə, bu məsələlərə daha diqqətlə yanaşmasını məsləhət görürük. Azərbaycan idmanının nailəyyətlərinin dinamikasına nəzər yetirsin, onda onun üçün mənzərə tam aydın olar”.
Qeyd edək ki, Belarus Paralimpiya Komitəsinin sədri Oleq Şepel Rioda Paralimpiadanın açılış mərasimində Rusiya bayrağını dalğalandıracaqlarını vəd etmişdi. Beynəlxalq Paralimpiya Komitəsi də belaruslara belə hərəkəti yasaqlamışdı.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |